Paata İmnadze: "Əgər virusun yayılmasını istəmiriksə elementar qaydaları qoruyaq"
"Dövlət məhdudiyyətləri az, öz məsuliyyətimiz daha çox. Əgər virusun yayılmasını istəmiriksə elementar qaydaları qoruyaq".
InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbər müavini Paata İmnadze açıqlama verib.
Onun bildirdiyinə görə, elementar qaydalara riayət etməsək koronavirus daha geniş yayılacaq. Minlərlə vətəndaşın hospitallara yerləşdirilməsi xoşa gəlməz.
"Bu virus haqqında heç bir məlumata sahib olmadığımız zamanlarda virusun ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə çoxlu sayda məhdudiyyətlər tətbiq etdik. Mənə elə gəlir ki, biz bunu bacardıq. İndi isə az- çox bu virus haqda əlimizdə məlumatlar var. Daha dərindən bilməsək də artıq koronavirusla necə mübarizə aparacağımızı bilirik. Buna görə də Dövlət məhdudiyyətləri az, öz məsuliyyətimiz daha çox. Əgər virusun yayılmasını istəmiriksə elementar qaydaları qoruyaq", - Paata İmnadze.


