Ədliyyə naziri: "Şəxsə qarşı cinayət işi aparılan zaman onun başqa dövlətə köçürülə bilməyəcəyi təbiidir"
"Şəxsə qarşı cinayət işi aparılan zaman onun başqa dövlətə köçürülə bilməyəcəyi təbiidir."
InterPress.ge xəbər verir ki, Gürcüstanın ədliyyə naziri Rati Breqadze Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili ilə bağlı sualı belə cavablandırıb.
Gürcüstanın ədliyyə nazirinin sözlərinə görə, Gürcüstana Mixail Saakaşvilinin Ukrayna məhkəməsi tərəfindən ekspertiza üçün Ukraynaya verilməsi ilə bağlı rəsmi müraciət daxil olmayıb.
“Mən bu barədə dəfələrlə televiziyaların birinin efirində demişəm ki, Gürcüstanda bu tipli rəsmi sənədləşmə aparılmayıb. Xüsusən də şəxs barəsində cinayət işi aparılan zaman onun başqa dövlətə keçirilə bilməməsi təbiidir. Hər hansı bir spekulyasiyaya münasibət bildirə bilmərik. Bir şeyi bilirik, Saakaşvili hazırda “Vivamed” klinikasındadır, müalicə-reabilitasiya kursu keçir və “Empatia” ekspertiza mərkəzinin cəlb olunması ilə işləyir. Onlar rəsmi nəticə çıxaranda danışa bilərik. Bir daha deyirəm ki, biz Ədliyyə Nazirliyi və Penitensiar Xidmət Samxarauli adına Milli Ekspertiza Mərkəzinə müraciət etmişik və onlar da ekspertiza aparacaqlar ki, səhiyyə ilə bağlı ictimaiyyətdə sual işarələri yaranmasın", - Rati Breqvadze bildirib.


