20 
Okt
2022
09:54
273

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Ermənistan Respublikasının səfiri ilə görüşüb

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Ermənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla tanışlıq görüşü keçirib.

InterPress.ge xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətləri və əməkdaşlığın əsas istiqamətləri, o cümlədən parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə danışıblar.

Tərəflər regionlardakı mövcud vəziyyəti və təhlükəsizlik problemlərini müzakirə ediblər.

“Mən Ermənistanın Gürcüstana yeni təyin olunmuş səfiri ilə tanışlıq görüşü keçirdim.  Görüşdə iki ölkə arasında mövcud əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğuladıq və parlament əlaqələrinin inkişafı ilə bağlı razılığa gəldik”, - deyə Nikoloz Samxaradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər