Gürcüstanda sulu qar yağacağı gözlənilir
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
InterPress.ge xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi Milli Agentliyin qısamüddətli proqnozlar üzrə baş sinoptikçisi gözlənilən hava şəraiti ilə bağlı açıqlama verib.
Məlumata görə, Gürcüstanın həm qərbində, həm də şərqində yağış gözlənilir. Şərqi Gürcüstanın bəzi bölgələrində sulu qar yağacağı gözlənilir. Ölkə ərazisində mülayim külək əsəcək. Paytaxtda da buludlu olacağı, yağış yağacağı gözlənilir.
Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi ehtimalı var.
“Gürcüstanın həm qərbində, həm də şərqində yağış gözlənilir. Şərqi Gürcüstanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var. Həm qərbdə, həm də şərqdə mülayim şərq küləyi əsəcək. Düzənlikdə havanın temperaturu 18-23 dərəcə, Şərqi Gürcüstanın aran bölgələrində isə 12-17 dərəcə isti təşkil edəcək. Tbilisidə buludluluq artacaq, yağış yağacaq, gün ərzində hava 17 dərəcəyədək isti olacaq. Gürcüstanın bütün ərazisində sonrakı günlərdə də qeyri-sabit hava şəraiti davam edəcək, yağış yağacaq”, - Ətraf Mühitin Mühafizəsi Milli Agentliyin qısamüddətli proqnozlar üzrə baş sinoptikçisi Nona Elisaşvili deyib.


