13 
Okt
2022
15:48
356

Kaladze: "Ukraynaya bütün beynəlxalq platformalarda bizim dəstəyimiz olub, var və olacaq"

"Ukraynaya bütün beynəlxalq platformalarda bizim dəstəyimiz olub, var və olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze jurnalistlərlə söhbəti zamanı müdafiə naziri Cuanşer Burculadzenin Brüsselə səfərindən danışarkən deyib.

Paytaxt merinin qeyd etdiyinə görə, bu tip səfərlər çox vacibdir.

“Bu cür səfərlər çox vacibdir. Bilirsiniz ki, bir neçə gün əvvəl baş nazirin çox mühüm səfəri oldu. Təbii ki, biz bütün beynəlxalq platformalardan istifadə etməliyik. Biz ölkədə sülhü qoruyub saxlamalı, iqtisadi inkişafı təşviq etməliyik, Ukraynaya bütün beynəlxalq platformalarda bizim dəstəyimiz olub, var və olacaq. Onlara sülh və qələbə arzulayıram”, - Kaladze deyib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər