Prezident: "Avropalı tərəfdaşlarımıza göstərməliyik ki, biz nəinki perspektiv, həm də üzvlük üçün hazırıq"
"Bizim hər zaman Avropa Birliyinin bir hissəsi olmaq ehtiyacı və ambisiyamız olub - biz avropalı tərəfdaşlarımıza göstərməliyik ki, biz nəinki perspektiv, həm də üzvlük üçün hazırıq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Rumıniya prezidenti Klaus Yohannis ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında qeyd edib.
Zurabişvilinin qeyd etdiyinə görə, 30 il ərzində Rumıniya Gürcüstanı Avropaya inteqrasiya və Avroatlantik inteqrasiya yolunda dəstəkləyib.
“O, Polşa ilə birlikdə Avropada bizim əsas tərəfdaşımız idi. Bu gün də Rumıniya bizim əsas dəstəkçimizdir. Bizim hər zaman Avropa Birliyinin bir hissəsi olmaq ehtiyacı və ambisiyamız olub.
Biz lazımi addımları atmalı, işləməli və avropalı tərəfdaşlarımıza göstərməliyik ki, biz nəinki perspektiv, həm də üzvlük üçün hazırıq. Bu, Gürcüstan əhalisinin həqiqi və güclü iradəsidir. Bu perspektiv Ukraynanın etdiklərinin, onun fədakar mübarizəsinin nəticəsidir. Ukrayna olmasaydı, bu gün bəlkə də, bu perspektiv əldə olunmazdı. Doğrudur, daha çoxunu istədik, namizəd statusunu da istədik, bunun üçün yol açıqdır, namizəd statusuna tez çatmaq üçün səylərimizi əsirgəməməliyik. Bu, bizim ən yaxın gələcəyimizdir”, - prezident qeyd edib.


