11 
Okt
2022
12:46
1280

Bu şəxslərin Gürcüstana girişinə qadağa qoyula bilər

Parlamentdə Rusiyadan gələn vətəndaşlara viza rejiminin tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə start verilib.

InterPress.ge xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı “Lelo”nun üzvləri – Ana Natsvlişvili, Davit Usupaşvili, Şalva Şavqulidze və Salome Samadaşvili olub.

Qanun layihəsinin izahat kartında deyilir ki, “Rusiya Federasiyasının vətəndaşları Gürcüstana vizasız daxil olmaq və 1 il müddətində qalmaq hüququndan istifadə edirlər. Belə liberal yanaşma və son vaxtlar ziyarətçi axınının artması məntiqi olaraq artan təhlükələrlə əlaqələndirilir. Ona görə də qaydaların sərtləşdirilməsi vacibdir”.

Bundan əlavə, Gürcüstan vətəndaşlığına malik olmayan, lakin Gürcüstanda ailə üzvü və ya qohumu olan şəxslər yenə də Gürcüstana daxil ola biləcəklər.

Bundan əlavə, vətəndaş Gürcüstana gəlməzdən əvvəl Gürcüstanın ərazi bütövlüyünü tanıdığını və Gürcüstanın “İşğal olunmuş ərazilər haqqında” qanununda nəzərdə tutulmuş ərazilərin Rusiya Federasiyası tərəfindən işğal olunduğunu yazılı şəkildə bildirməlidir. 

"Bu müddəa öz ölkəsini hərbi işğalı həyata keçirən təcavüzkar dövlət kimi tanımaq və Gürcüstanın ərazi bütövlüyünə hörmət göstərmək problemi olan insanların Gürcüstana daxil olmasının qarşısını almaq üçün mühüm filtr olacaq. Əşyalarının və ya avtomobilinin üzərində qeyri-sülh simvolları olan şəxsin Gürcüstana girişinə icazə verilməməlidir. Bunlara Rusiya təcavüzünün simvoluna çevrilmiş Z və V hərflərinin qrafik təsviri aiddir”, - izahat kartında deyilir.

Məlumat üçün bildirək ki, səfərbərlik elan edildikdən bir neçə gün sonra, 21-26 sentyabr tarixləri arasında Rusiya Federasiyasının 53 136 vətəndaşı Gürcüstana daxil olub, 34 990 nəfər isə çıxıb.


 

Bizimlə əlaqə saxlayın