07 
Okt
2022
11:35
444

Müdafiə Qüvvələri Türkiyədən NATO standartlarına uyğun yeni zirehli transportyorlar alacaq

Türkiyə tərəfi ilə imzalanan müqaviləyə əsasən, müdafiə qüvvələri NATO standartlarına uyğun yeni zirehli transportyorlar alacaq. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə şirkətinin nümayəndələri bu gün Müdafiə Nazirliyində qonaq olublar.

Görüş çərçivəsində Gürcüstan Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT şirkəti arasında müqavilə imzalanıb və bu müqavilə əsasında müdafiə qüvvələrinə yeni zirehli transportyorlar gətiriləcək. 

Zirehli transportyorlar öz avadanlıqları və alt sistemləri ilə NATO standartlarına uyğundur.

“Gürcüstanın Müdafiə Qüvvələrinin sözügedən zirehli transportyorlarla təchiz edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək”, - məlumatda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın