06 
Okt
2022
15:55
331

"Xabeişvili, Melia və ya başqaları olan yerdə hər zaman təxribat var" - Kobaxidze

"Xabeişvili, Melia və ya başqaları olan yerdə təxribat var. Bu, həmişə belədir".

InterPress.ge xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlama verib.

O, Xaraqauli Sakrebulosunda Levan Xabeişvili ilə bağlı mübahisələrə cavab verib. Söhbət zamanı Kobaxidze Xabeişvilini təxribatçı adlandırıb və partiya üzvlərini, fəalları və tərəfdarlarını təxribatlara uymamağa çağırıb.

“Əslində bu insanlar qütbləşməni qızışdırmağa çalışırlar. Xabeişvili bununla seçilir. Xabeişvili, Melia və ya başqaları olan yerdə təxribat var. Bu həmişə belədir. Ona görə də hər şey gün kimi aydındır. Onlar qütbləşməni gücləndirmək istəyirlər. Mən partiyamızın üzvlərini, fəallarını, tərəfdarlarını bütün bunlara sakit davranmağa çağırıram. Mən onları sakit olmağa çağırıram. Biz belə insanların, təxribatçıların hər hansı bir təxribatı uğurla həyata keçirməsinə imkan verməməliyik”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın