05 
Okt
2022
11:17
1026

Marneuli-Bolnisini birləşdirən yolda təmir-bərpa işləri nə vaxt başa çatacaq?

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti beynəlxalq əhəmiyyətli Poniçala-Marneuli-Ququti avtomobil yolunun 8 km-lik hissəsinin bərpasını fəal şəkildə davam etdirir.

InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, reabilitasiya hissəsi Marneuli və Bolnisi bələdiyyələrinin ərazisində yerləşir və Qızılhacılı, Farizi (Muğanlı) və Tsurtavi (Kolagir) kəndlərindən keçir. Yol əhalinin sıx olduğu hissədən keçir.

Layihədə yolun texniki parametrlərinin yaxşılaşdırılması, yol örtüyünün bərpası, suötürücülərin və mövcud süni konstruksiyaların təmiri və yenilərinin təşkili, o cümlədən birləşmələrin, sakinlərin həyətyanı sahələrinə və avtobus dayanacaqlarına girişlərin təşkili, yol nişanlarının yerləşdirilməsi nəzərdə tutulur. 

Layihənin dəyəri 6 184 352 lari təşkil edir və bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

Poniçala-Marneuli-Ququti yolu Ermənistan Respublikasının sərhədinə qədər aparır və onun təkmilləşdirilməsi həm tranzit daşımalar, həm də Bolnisi və Dmanisi turizm obyektlərinə rahat şəkildə çatmaq baxımından vacibdir”, - deyə bildirilib.

 

Bizimlə əlaqə saxlayın