Səhiyyə naziri: "Koronavirus pandemiyası zamanı tibb bacıları və həkimlərin almalı olduqları əmək haqqı əlavəsini dövlət “klinikalara mütləq ödətdirəcək”
"Koronavirus pandemiyası zamanı tibb bacıları və həkimlərin almalı olduqları əmək haqqı əlavəsini dövlət “klinikalara mütləq ödətdirəcək”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili deyib.
Azaraşvilinin izah etdiyinə görə, onların bəzi klinikalarla hətta hüquqi mübahisələri də var.
“Covid-ə gəlincə, biz 3 istiqamətdə işlədik. Bunlardan biri tibb bacılarının və həkimlərin dövlət tərəfindən ödənildiyi və klinikalar vasitəsilə götürmələri olduğu əlavə idi. Burada ciddi problemlər var idi və bu gün onlar minimuma endirilib, səhv xatırlamıramsa, 20-yə yaxın problemli klinika qalıb. Təəssüf ki, bəziləri ilə yanlış münasibət ucbatından hüquqi mübahisələrə girdik və bu məbləğləri almalı olan tibb bacılarına, həkimlərə bunu mütləq ödəyəcəyik", - deyə o söyləyib.


