03 
Okt
2022
16:28
2112

Gürcüstanda kimlərin pensiyası nə qədər artacaq? - Nazirdən açıqlama

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili yaş pensiyasının kateqoriyalar üzrə neçə lari artacağını açıqlayıb.

InterPress.ge xəbər verir ki, nazir sağlamlıq imkanları məhdud şəxslərin də pensiyasının artacağını bildirib.

“70 yaşdan yuxarı pensiyaçıların pensiyası 65 lari artacaq və 365 lari olacaq, 70 yaşadək pensiyaçıların pensiyası 35 lari artırılaraq 295 lari olacaq, birinci qrup əlillərin pensiyası 65 lari artırılacaq və 340 lari olacaq, ikinci və üçüncü qrupların 35 lari artaraq 155 və 135 lari olacaq. Dağlıq rayonlarında pensiyada 20% artım olacaq və onların pensiyası orta hesabla 440 lari olacaq”, - Azaraşvili bildirib.

Bundan əlavə, nazir köçkünlər üçün proqramların maliyyələşdirilməsindən danışıb.

Onun qeyd etdiyinə görə, bu istiqamətdə 300 milyon lariyə yaxın vəsait ayrılıb.

“Köçkünlər üçün mənzillərin tikintisinə əhəmiyyətli büdcə ayrılıb ki, bu da son 30 ildə görünməmiş haldır – 260 milyon lari yalnız mənzil tikintisinə ayrılacaq.  Həmçinin kənd yerlərində evlərə və müxtəlif alışlar çərçivəsində 30 milyona qədər vəsait ayrılıb.  2024-cü ilin sonuna kimi qarşıya qoyduğumuz şərt - 13 min məcburi köçkünün mənzillə təmin olunması ilə bağlı şərt artıq bu il və sonrakı illərdə uğurla yerinə yetiriləcək”, - Zurab Azaraşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər