Gürcü Arzusu bəyanat yayır
"Bu gün Gürcüstan dövləti həmişə olduğundan daha suverendir. Məhz dövlət suverenliyinin möhkəmlənməsinin nəticəsidir ki, “Gürcü Arzusu” hakimiyyəti Gürcüstanın 30 illik yaxın tarixində ilk hökumətdir ki, onun hakimiyyəti dövründə ölkədə müharibə olmayıb".
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” hakimiyyətdə olmasının 10 illiyi ilə bağlı bəyanat yayır.
Partiyanın yaydığı bəyanatda bildirilib ki, düz 10 il əvvəl gürcü xalqı Bidzina İvanişvilinin rəhbərliyi altında bütün dəyərlərə qarşı mübarizə aparan və onları ayaqlar altına atan kriminal avtoritar rejim üzərində qələbə çalıb.
“Düz 10 il əvvəl, 2012-ci il oktyabrın 1-də gürcü xalqı sübut etdi ki, dövlət suverenliyi, demokratiya, əsas insan hüquqları, ləyaqət, azadlıq, bərabərlik, həmrəylik, əsl Avropa dəyərləri, vətənə məhəbbət və kilsəyə ehtiram onlar üçün hər şeydən dəyərli və üstündür.
Düz 10 il əvvəl gürcü xalqı Bidzina İvanişvilinin rəhbərliyi ilə yuxarıda qeyd olunan bütün dəyərlərə qarşı mübarizə aparan və onları tapdalayan kriminal avtoritar rejimə qalib gəldi.
Bu gün Gürcüstan dövləti həmişə olduğundan daha suverendir. Məhz dövlət suverenliyinin möhkəmlənməsinin nəticəsidir ki, “Gürcü Arzusu” hakimiyyəti Gürcüstanın 30 illik yaxın tarixində ilk hökumətdir ki, onun hakimiyyəti dövründə ölkədə müharibə olmayıb.
Ölkədə əmin-amanlığın qorunması, iqtisadiyyatın inkişaf etdirilməsi və əhalinin rifah keyfiyyətinin yüksəldilməsi, insan ləyaqətinin, azadlığının və bərabərliyinin möhkəm şəkildə qorunması, vətənin və kilsənin qüdrətinin qayğısına qalmaq "Gürcü Arzusu”nun gələcəkdə də söykənəcəyi əsas prinsiplərdir.
Bu gün Gürcüstan böyük problemlərlə üz-üzədir. Bununla belə, biz dərindən inanırıq ki, gürcü xalqının dəstəyi ilə biz bütün çətinlikləri ləyaqətlə dəf edəcəyik.
Gürcüstanı birləşdirmək və hər bir ailəyə firavanlıq gətirmək bizim siyasi hərəkatımızın əsasını qoyduğu arzudur. İnanırıq ki, hər bir vətənpərvər gürcünün bu arzusu, şübhəsiz ki, tezliklə gerçəkləşəcək”, - “Gürcü Arzusu”nun bəyanatında deyilir.


