30 
Sen
2022
16:15
392

Daraxvelidze: "Ağıllı kameralar” xarici nömrələri aşkarlayır, lakin cərimə yaşayış ünvanına göndərilməlidir"

Ağıllı kameralar” xarici nömrələri aşkarlayır, lakin cərimə yaşayış ünvanına göndərilməlidir, bu isə icranı çətinləşdirir – biz bunu düzəltməyə çalışırıq".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib.

Onun sözlərinə görə, kameraların dövlət nömrə nişanlarını oxuya bilməməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil, bununla belə, icra mexanizmlərini təkmilləşdirmək lazımdır və bunun üzərində işlənilir.

“Ağıllı kameralar” bu nömrələri çəkir və qeydə alır, cərimələyir, amma müəyyən hüquqi problem var, çünki insanı video cərimə ilə cərimələyəndə, bilirsiniz, cəriməni onun ev ünvanına göndərmək lazımdır, bu, çətinlik yaradır və biz bu məsələni tənzimləmək və onun effektiv icrası üçün çalışırıq”, - Daraxvelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər