28 
Sen
2022
18:50
448

Belarus prezidentinə görə Belarusun Gürcüstandakı səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb

Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar Belarusun Gürcüstandakı səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

InterPress.ge xəbər verir ki, XİN-in məlumatına görə, görüşdə Gürcüstan tərəfi qeyd olunanlarla bağlı hədsiz narahatlığını bildirib və Belarus tərəfdən əlavə izahat tələb edib.

"Belarusun Gürcüstandakı səfiri Anatoli Lisi etiraz əlaməti olaraq Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlə görüş Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri və işğalçı rejimin nümayəndələri ilə görüşü ilə bağlı olub. Gürcüstan tərəfi yuxarıda qeyd olunanlarla bağlı hədsiz narahatlığını ifadə edib və Belarus tərəfindən əlavə izahat tələb edib", - XİN-in bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın