27 
Sen
2022
23:33
306

"Lars" keçid məntəqəsi yaxınlığında aksiya keçiriləcək

Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Lars gömrük-keçid məntəqəsində etiraz aksiyası keçiriləcək. 

InterPress.ge xəbər verir ki, aksiyanı "Droa"nın lideri Elene Xoştaria təşkil edəcək. 

Vətəndaşlar saat 10:00-da Birinci Respublika Meydanına toplaşaraq oradan Larsa doğru yola düşəcəklər.

"Rusiyada "səfərbərlik” elan edildikdən sonra Gürcüstana daxil olan Rusiya vətəndaşlarının sayı xeyli artıb. Lars keçid məntəqəsində 16 və 20 kilometrlik növbələr gündəlik reallıqdır.

Rusiya vətəndaşlarının görünməmiş axını Gürcüstanın təhlükəsizliyi və iqtisadiyyatı üçün riskləri artırır. Ölkə miqrant axını ilə mübarizə aparmağa hazır deyil. Bundan başqa, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ilə Rusiya FSB arasında sübut edilmiş əməkdaşlıq sayəsində sərhədi kimin keçdiyini müəyyən etmək mümkün olmayacaq.

Gürcüstan hakimiyyətinin mövqeyi bəllidir, onlar sərhədi bağlamaq və ya axını məhdudlaşdırmaq fikrində deyillər.

Müvafiq olaraq, biz Gürcüstan vətəndaşları fəaliyyət göstərməyə borcluyuq.

Sabah saat 10:00-da Birinci Respublika Meydanında toplanırıq və saat 15:00-da mitinqin keçiriləcəyi Lars sərhəd məntəqəsinə gedəcəyik!"– təşkilatçılar yazır.

Məlumat üçün bildirək ki, sentyabrın 21-dən "Lars"ın qeydiyyat məntəqəsində uzun növbələr yaranıb. Daxili işlər naziri Vaxtanq Qomelauri bildirib ki, bu gün 10 minə yaxın Rusiya vətəndaşı ölkəyə daxil olub.

Bizimlə əlaqə saxlayın