24 
Sen
2022
08:16
308

İrakli Ğaribaşvili Nyu-Yorkda Nikol Paşinyanla görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb

Məlumata görə, Gürcüstan və Ermənistan Respublikasının baş nazirləri iki ölkə arasında əməkdaşlıq gündəliyinin əsas məsələlərini nəzərdən keçiriblər. İki ölkə arasında mövcud əlaqələrin dinamik şəkildə inkişaf etdiyi, bunun gələcək əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı əsas olduğu vurğulanıb.

Görüşdə İrakli Ğaribaşvili və Nikol Paşinyan Cənubi Qafqazdakı mövcud vəziyyəti nəzərdən keçiriblər.

Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

Hökumət başçısı bundan sonra da vasitəçi rolunu oynamağa, regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu bildirib.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər