27 
Iyn
2020
20:39
674

Natelaşvili Almaniya səfirinin bəyanatına sərt cavab verdi - "Utancverici səfirinizi aparın"

"İvanişvili rejimi Almaniya səfirini maliyyələşdirir. Almaniya hökümətinə müraciət edirəm ki, utancverici səfirinizi aparın".

InterPress.ge xəbər verir ki, bu sözləri Leyboristlər partiyasının lideri Şalva Natelaşvili Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirşin açıqlamasına bu cür cavab verib.

Bu gün baş tutan brifinqdə Şalva Natelaşvili “Almaniyanın səfiri öz biznesi üçün çalışır” deyə ittiham edib.

“Baxmayaraq ki, Avropa və Amerika Birləşmiş Ştatları gürcü xalqının yanındadır, rus oliqarxına qarşı mübarizədə Almaniya federativ respublikasının səfiri onun lobist rejiminin qoruyucusudur. Bu o səfirdir ki, 1 il əvvəl gənclərə hücum edilərkən pəncərədən baxırdı. Daha sonra isə göz deşən Qaxariaları dəstəkləyirdi. Bu səfir İvanişvili rejimi tərəfindən maliyyələşdirilir. Lakin buradaca qeyd edim ki, Almaniyanın üzərinə böyük öhdəlik düşür. Ruslar bizə hücum edərək ərzilərimizin bir hissəsini aldı və bununla da bu günədək NATO-ya üzv ola bilmirik”, - dedi Şalva Natelaşvili.

Bizimlə əlaqə saxlayın