20 
Sen
2022
10:58
271

Xarici ölkə vətəndaşı külli miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsi faktı ilə bağlı saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumi hava limanında 11 kiloqramdan çox marixuana ələ keçirib, xarici ölkə vətəndaşı saxanılıb. 

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri tədbirlər və istintaq hərəkətləri nəticəsində, xarici ölkə vətəndaşı, 1985-ci il təvəllüdlü N.D. Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

“O, xüsusilə külli miqdarda marixuananın qeyri-qanuni alınması, saxlanması və daşınması və xüsusilə külli miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı ittiham olunur.

Cinayətlər 15 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

İstintaq müəyyən edib ki, N.D. narkotik vasitəni Cənubi Afrika Respublikasından Gürcüstana gətirib.

Batumi Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən, təqsirləndirilən şəxsin baqajının yoxlanılması nəticəsində sərnişin çantasında əvvəllər düzəldilmiş 11 kilo 200 qram narkotik vasitə marixuana götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 262-ci maddəsinin 4-cü hissəsinin “A” yarımbəndi və 273-cü maddəsinin 6-cı hissəsi ilə aparılır”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər