17 
Sen
2022
13:14
566

Sosial Ədalət Mərkəzi Dəllər kəndində faydalı qazıntıların açıq mədən yoluyla çıxarılmasına münasibət bildirdi

Bolnisinin Muşevani (Dəllər) kəndənin sakinləri hakimiyyətə müraciət edərək, faydalı qazıntıların açıq mədən yoluyla çıxarılmasına etiraz bildirir.

InterPress.ge xəbər verir ki, Sosial Ədalət Mərkəzi Muşevani kəndində “RMG Gold” və “RMG Copper” tərəfindən faydalı qazıntıların açıq mədən yoluyla çıxarılması praktikası əleyhinə yaranan təşkilatlanma prosesinə münasibət bildirib.

"Salam təşkilatının köməyi ilə bu gün yerli əhali toplanıb və ölkə Prezidentinə, Baş nazirə və Parlamentə mövcud vəziyyətə reaksiya vermələri tələbiylə yazılan ərizəyə imza atdılar. Əhali ətraf mühitin qorunmasını və sosial ədalətin təmin olunmasını tələb edir, çünki onlar üçün yerli əhaliylə uyğun konsultasiyalar keçmədən və onların güzəranlarını təhlükəyə ataraqdan, yaşayış yerinin yaxınlığında (800 metr uzaqlıqda) açıq mədən və partlayışlar yoluyla  faydalı qazıntının çıxarılması yolverilməzdir. 

İctimaiyyətə məlum olduğu kimi, dövlət tərəfindən “RMG Gold” və “RMG Copper”-ə Bolnisi və Dmanisi Bələdiyyələrində 2042-ci ilədək faydalı qazıntıları araşdırmaq-çıxarmaq üçün lisenziya verilib. Mövcud lisenziyanın onsuz da hektarlarla ərazini əhatə etməsinə etməsinə baxmayaraq, şirkət bu dəfə Bolnisinin Muşevani kəndini yeni qazıntı ocağına çevirmək istəyir. Şirkət hələ 2011-ci ildə ASC “Qafqaz mədən qrupa” verilən və kirayə götürdüyü “Muşevani 2” lisenziyasını istifadə etməyi planlayır.  RMG 11 hektardan çox ərazini mənimsəməyi və həmin ərazidən açıq mədən yoluyla mis-qızıl çıxarmağı planlayır və bunun üçün o artıq ətraf mühitə təsir dəyərləndirməsi qərarı almaq üçün Ətraf Mühit Agentliyinə müraciət edib.   

Muşevani  kənd sakinlərinin böyük əksəriyyəti kəndlərində planlaşdırılan qazıntı işləri haqda 2022-ci il 14 iyul tarixində ətraf mühitə təsir dəyərləndirməsinin ictimai müzakirəsi zamanı xəbərdar olublar. Salam təşkilatının köməyi ilə  kənd sakinləri iyul ayında bu olaylarla bağlı təşəbbüs qrupu yaradıblar və 28 iyul tarixində kənddə imza toplayıblar, əhalinin fikirlərini və iradlarını Ətraf Mühit Agentlliyinə təqdim ediblər.

Muşevani kəndi sakinləri üçün kəndin ətrafında qızıl çıxarmaq üçün açıq mədən yoluyla qazıntılar aparmaq qəbulolunmazdır, çünki sözügüdən fəaliyyət başqa kəndlərdə olduğu kimi burada da ağır ekoloji və sosial fəsadlara səbəb ola bilər.

28 iyul tarixində 217 yerli sakinin imzasıyla Agentliyə təqdim olunan məktubda qeyd olunub ki, ətraf mühitə təsir dəyərləndirməsi onlar üçün anlaşılan dilə tərcümə olunmayıb.

Ətraf mühitə təsir qiymətləndirməsi sənədindən eyni zamanda aydın olur ki, şirkət Muşevani kəndində faydalı qazıntılar çıxarmağı ildə 55 dəfə qazma-partlatma yoluyla planlayır ki, bu partlayışların yaşayış yerindən 800 metr uzaqlıqda baş tutacağı bildirilir. Əhali isə bu vəziyyətə qəti şəkildə etiraz edir. 

Əlavə olaraq, şirkət 50 yerli sakini işlə təmin edəcəyini açıqlasa da, yerli insanlar üçün bu vəziyyət anlaşılmazdır və işlə təmin olunmaq baxımından yetərincə zəmanət yaratmır. 

Qeyd etmək lazımdır ki, əhalinin etiraz məktubundan sonra Agentlik RMG tərəfindən təqdim olunan ətraf mühitə təsir qiymətləndirmə sənədinin düzgün hazırlanmadığı qənaətinə gəlib və şirkətə sənəddə qeyd olunan bir neçə boşluğu aradan qaldırmağı tapşırıb. Bunun üçün isə ona iki aylıq bir vaxt verib ki, bu da 8 oktyabrda sona yetir.

Qeyd edilməlidir ki, şirkət əhalinin bir hissəsini aldatmağa çalışır və onlarla hüquqi forması bilinməyən “memorandum” imzalayıb. “Memorandumda” şirkət əhalini su ilə təmin etməyə söz verir və bunun qarşılığında imza atanlara “kənd əhalisiylə əlaqədə kömək etmək” öhdəliyi verir.    

“Memorandum”-da şirkətin burada mis və qızıl hasil etmək niyyətində olması birmənalı izah edilməyib. Məhz elə bu səbəbdən, bu günkü görüşdə bəzi şəxslər RMG Copper-ə qarşı etirazını bildirən insanlarla qarşıdurma yaşayıblar.

Onlar bildiriblər ki, şirkət onlara kəndin su təchizatı və qazlaşdırma problemini həll edəcəyinə dair vəd verdiyindən, onun fəaliyyətinə qarşı deyillər. 

Əhali tərəfindən bu gün imzalanan petisiya/ərizədə qeyd olunub ki, onlar Muşevani kəndində RMG Copper tərəfindən mis-qızıl mədənlərinin işə salınmasına qarşıdılar və qərarvermə prosesində yerli əhalinin mövqeyinin nəzərə alınmasını tələb edirlər. 

Dövlətin bu prosesdə əhalinin ekoloji və sosial narahatlıqlarını nəzərə alması və lisenziya vermə prosesində əhalinin demokratik və həqiqi iştirakını təmin etməsi olduqca önəmlidir. İctimai marağın, həmçinin resursların, ətraf mühitin, əhalinin sosial maraqlarının və ənənəvi təsərrüfatın qorunması baxımından ən önəmli aktor elə məhz dövlətdir və bu səbəbdən, uyğun dövlət qurumlarını əhalinin ehtiyaclarını və maraqlarını nəzərə alaraq vaxtında və ədalətli addımlar atmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın