15 
Sen
2022
19:39
523

Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri Azərbaycan səfirliyində görüş keçiriblər - VİDEO

Gürcüstanın azərbaycanlı icmasının  üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyini ziyarət ediblər. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin törətdikləri təxribatlar nəticəsində şəhid olan hərbçilərə görə baş sağlığı veriblər.

InterPress.ge  xəbər verir ki, görüşdə Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) üzvləri iştirak edib. 

Görüşdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra GAK-nin sədri Hüseyn Yusubov bildirib ki, görüşün əsas məqsədi son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin törətdikləri təxribatlarla əlaqədar Azərbaycan dövlətinə dəstək nümayiş etdirməkdir.

GAK sədri bildirib ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlayan ermənilərin 44 günlük Vətən müharibəsindən sonra nəticə çıxartmayıb yenidən təxribatlara əl atmaları da həmin təcavüzkar siyasətin davamıdır.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman Azərbaycanın yanındadır.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qonaqları salamlayaraq onlara göstərdikləri həmrəylik və dəstəyə görə təşəkkür edib.

F. Quliyev çıxışı zamanı qonaqlara Azərbaycan dövlətinin xarici və daxili siyasətinin əsas istiqamətləri, sülhün və təhlükəsizliyin təmin olunması üçün atdığı qətiyyətli addımlar barədə ətraflı məlumat verib. 
Bildirib ki, Azərbaycan dövləti, şəxsən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman sülhün tərəfdarı olub. 

“Dövlətimizin başçısı sülh prinsiplərinə sadiq qalaraq torpaqlarımızın sülh yolu ilə həllinə çalışıb. Lakin Azərbaycanın da səbrinin bir həddi var idi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi. Üç dövlətin iştirakı ilə Üçtərəfli Saziş imzalandı. Lakin daim separatizmi dəstəkləyən Ermənistanın rəhbərliyi və radikal qüvvələr bundan nəticə çıxarmadı. Amma onlar unutmasınlar ki, rəşadətli Azərbaycan ordusu yenə də düşmənə layiqli cavab verəcək.

Biz 44 günlük müharibədə Gürcüstanda yaşayan soydaşlarımızın dəstəyini gördük və hər zaman soydaşlarımızın Azərbaycana qarşı dəstəyini  hiss edirik. Göstərilən hər cür dəstəyə görə Gürcüstanda yaşayan soydaşlarımıza minnətdarlığımızı bildiririk”, - deyə səfir vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər