14 
Sen
2022
13:46
317

Saqarecoda baş verən yol qəzası nəticəsində daha bir sərnişin həyatını itirib

Saqarecoda baş verən yol qəzası nəticəsində daha bir sərnişin ölüb. Manavi kəndi yaxınlığında baş verən qəzadan sonra orta yaşlı qadın “Geo Hospital” klinikasına yerləşdirilib.

lnterPress.ge xəbər verir ki, bu barədə xəstəxanadan verilən məlumata görə, qadın əməliyyat olunsa da, onu xilas etmək mümkün olmayıb.

“Təfərrüatları deyə bilmərəm. Onun vəziyyəti ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Bildiyiniz kimi, həyat yoldaşı yerindəcə dünyasını dəyişib”, - deyə növbətçi həkim bildirib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan gənc qadının vəziyyəti ağırdır və azyaşlı uşağı ilə birlikdə “Amtel-hospital”a yerləşdirilib.

Uşağın vəziyyəti nisbətən yüngüldür və o, pediatrların nəzarətindədir.

Məlumat üçün bildirək ki, yol-nəqliyyat hadisəsi sentyabrın 12-də Saqareco bələdiyyəsində baş verib.

Rustavidə yaşayan bir ailənin üzvlərini daşıyan avtomobil Manavi kəndi yaxınlığında qoşqu ilə toqquşub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər