13 
Sen
2022
14:20
2747

Bolnisinin bu kəndində əhali arasında qarşıdurma baş verib

Bolnisi bələdiyyəsinin Dəllər (Muşevani) kəndində səs-küy və mübahisə baş verib.  

InterPress.ge xəbər verir ki, yerli sakinlər bir-biri ilə qarşı-qarşıya gəlib.

Kəndin bir hissəsi “RMG Gold” şirkətinin Dəllər (Muşevani) ətrafında  iş aparmasının tərəfdarıdır, digər hissəsi isə bunun əleyhinədir və etiraz ərizəsi yaymağı planlaşdırır.

Əhalinin bir hissəsi RMG-nin kəndin 4 kilometrliyində onlar üçün təhlükəli olmayan işlər görəcəyini deyir və bunun müqabilində şirkət su, təbii qaz və yol vəd edir.

Bəzilərinin fikrincə, RMG Gold kəndin yaxınlığında, 800 metr aralıda, ekologiya üçün təhlükə yaradacaq təbii ehtiyatları açıq şəkildə çıxarmağı planlaşdırır.

Kəndin mərkəzində səs-küy yaranıb.  Polis hadisə yerinə səfərbər olunub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər