12 
Sen
2022
13:47
327

Xarici vətəndaşların Gürcüstana miqrasiyası və sığınacaq üçün müraciətləri xeyli artıb

Son vaxtlar xarici vətəndaşların Gürcüstana miqrasiyası və onların sığınacaq üçün müraciətləri xeyli artıb.

InterPress.ge xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib.

Onun sözlərinə görə, xüsusilə münaqişəli bölgələrdən müraciətlərin sayı artıb.

“Münaqişələr səbəbindən müraciətlər son vaxtlar çoxalıb. Təbii ki, Ukraynadan gələn müraciətlərdə artım var. Həmçinin bilirsiniz ki, Əfqanıstanda böhran var idi və buna görə də müxtəlif münaqişə bölgələrindən müraciətlər çoxalıb. Vətəndaşlar Gürcüstana girib sığınacaq almağa çalışırlar. Bundan əlavə, təəssüf ki, sənədsiz sığınacaq müraciətlərində də artım var. Əsasən Afrika ölkələrindən, bəzi Asiya dövlətlərindən. Biz əlimizdən gələni edirik ki, onların hər bir müraciətinə vaxtında baxaq və mümkün qədər tez cavab verək, təbii ki, artım bu istiqamətdədir və biz indiki mərhələdə olan müraciətlərlə məşğul oluruq”, - deyə Aleksandre Daraxvelidze bildirib. 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər