10 
Sen
2022
15:16
814

Qızını zorla ərə verməyə çalışan ata həbs cəzasına məhkum edildi

Gürcüstan Prokurorluğu Dmanisi rayonunda nikaha məcbur edən və intihara cəhd etməyə səbəb olan bir nəfərə qarşı ittiham irəli sürüb.

lnterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, Dmanisi rayonunun Məmişli kəndində ata qızı ilə onun qərarına tabe olmalı olduğu barədə dava edib, hədə-qorxu gəlib, onu istəmədiyi şəxslə ailə qurmağa məcbur edib, əks halda onu öldürməklə hədələyib, zərərçəkmiş sentyabrın 8-də intihara cəhd edib”,- deyə məlumatda qeyd oolunub.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə Bolnisi Rayon Məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, sözügedən cinayətə görə saxlanılan şəxsi 3 ildən 6 ilədək müddətə həbs cəzası gözləyir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər