09 
Sen
2022
14:38
336

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərdə iştirak edib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gücüstandakı səfirliyi məlumat yayıb.

Gürcüstanda avqustun 29-da start götürən “Noble Partner 2022” (“Layiqli tərəfdaş”) çoxmillətli hərbi təlimlər başa çatıb. “Güc tərəfdaşlıqdadır” devizi altında keçirilmiş manevrlərdə Azərbaycan da daxil olmaqla 21 ölkədən 2 400-dən çox hərbçi iştirak edib.

"Bu gün Tbilisi yaxınlığında yerləşən Vaziani hərbi bazasında Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Ğaribaşvili, hökumət üzvləri və diplomatik korpus nümayəndələrinin iştirakı ilə təlimlərin rəsmi bağlanış mərasimi keçirilib. Tədbirə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov da qatılıb.

Səfir və hərbi attaşe mərasim çərçivəsində Azərbaycanı təmsil edən hərbi qulluqçularla görüşüb. F.Quliyev bildirib ki, baş tutmuş təlimlər hərbçilərin bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır. O, təlimlərdə iştirak etmiş zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.

Bağlanış mərasimində təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirmiş gürcü və əcnəbi hərbçilər Gürcüstan Müdafiə Nazirliyinin medalları ilə təltif olunublar.

Qeyd edək ki, Gürcüstanda altıncı dəfədir keçirilmiş “Noble Partner 2022” təlimləri Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlıq və uyğunluğun artırılmasına yönəlib",- deyə səfirlik məlumat paylaşıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər