09 
Sen
2022
11:09
519

Sərhəd polisi sərhədi qanunsuz keçməyə cəhd edən 4 nəfəri saxladı

Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşları Axalçixe diviziyasının “Karcaxi” sərhəd sektorunda keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd faktına görə, 1994-cü il və 1973-cü il təvəllüdlü 2 nəfər Türkiyə vətəndaşı, 1983-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və 2000-ci il təvəllüdlü  Gürcüstan vətəndaşı saxlanılıb.

lnterPress.ge xəbər verir ki, cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək Gürcüstandan Türkiyə Respublikası istiqamətində qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.

Qeyd edək ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “A” yarımbəndinə əsasən aparılır.

Bizimlə əlaqə saxlayın