06 
Sen
2022
15:48
486

"Rusiyanın hərbi təcavüz təhlükəsi var" - Bokeria

Müxalifət Putinin yeni sərəncamında təhlükə görür.

InterPress.ge xəbər verir ki,  “Avropalı Gürcüstanı”nın sədri Rusiya prezidentinin qeyd olunan sərəncamdan Gürcüstanda hərbi təcavüz və ya təxribat təşkil etmək üçün istifadə edəcəyini istisna etməyib.

"Putinin nə vaxtsa bu və ya digər bəhanə ilə, hərbi təcavüzlə və yaxud hərbi təcavüz olmadan növbəti diversiyası, dövlətçiliyimizi devirmək üçün təxribat törədəcəyi təhlükəsi, təbii ki, mövcuddur. Əminəm ki, İvanişvilinin təbliğatı bundan yenidən qorxu salmaq üçün istifadə edəcək, nə dediklərini gördünüz?", - deyə Bokeria bəyan edib.

Putin Gürcüstan, Molodova və Baltikyanı ölkələrdəki Rusiya vətəndaşlarının müdafiəsi ilə bağlı sərəncam verib. Rusiya prezidenti bu ərazilərdə yaşayan rusdilli vətəndaşların maraqları uğrunda mübarizə elan edib.

Sənəddə Rusiyanın Gürcüstanda yaşayan Rusiya vətəndaşlarını necə və hansı yolla müdafiə etmək niyyətində olduğu göstərilməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər