06 
Sen
2022
09:49
348

Aİ səfiri Zurabişviliyə etimadnamə verib

Avropa İttifaqının Gürcüstandakı yeni səfiri Pavel Herçinski vəzifəsinin icrasına başlayıb.

InterPress.ge xəbər verir ki, səfir prezident Zurabişviliyə etimadnamə təqdim edib.

Salome Zurabişvili və Pavel Herçinski görüşdə ölkənin Avropaya inteqrasiya prosesindən danışıblar.

"Avropa İttifaqının Gürcüstandakı səfiri olmaq mənim üçün şərəf və böyük məsuliyyətdir. Bu vəzifəyə təyinat Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin ən mühüm məqamlarından birinə təsadüf edir. Avropa Şurasının Gürcüstana Avropa perspektivi verməklə bağlı tarixi qərarı yeni reallıq yaradır. Komandamla birlikdə AB-yə gedən yolu dəstəkləmək üçün yorulmadan çalışacağam.  Bu prosesə töhfə vermək böyük imtiyazdır", - səfir deyib.

Avropa İttifaqının nümayəndəliyi səfirin ilk müraciətini yayıb, burada diplomatik nümayəndəlik bildirib ki, hazırda Gürcüstan üçün mühüm dövrdür, çünki ölkə Avropaya inteqrasiya yolundadır və buna görə də bu vəzifəyə belə bir şəraitdə təyin olunması böyük məsuliyyətdir.

 

Bizimlə əlaqə saxlayın