05 
Sen
2022
14:38
382

Baş nazir bu gün Brüsselə yola düşür

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu gün nümayəndə heyəti ilə Brüsselə yola düşür.

lnterPress.ge xəbər verir ki, baş nazirin hökumət iclasında bildirdiyinə görə, nümayəndə heyətinin tərkibinə iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri İlya Darçiaşvili daxildir.

“Əlbəttə, biz hazırda üzərində işlədiyimiz bütün irəliləyişlər və islahatlar barədə danışacağıq. Həmçinin, təbii ki, Gürcüstan parlamentində hakim partiyamızın üzərində fəal şəkildə işlədiyi 12 tövsiyədən danışacağıq. Təbii ki, biz həm də ölkədəki mövcud vəziyyət, istər siyasi, istərsə də iqtisadi vəziyyət, ümumilikdə regionda Ukrayna müharibəsi ilə bağlı çağırışlar və onun bütün regiona, bütün Avropaya mümkün təsirlərindən danışacağıq. Əlbəttə, bir daha demək istəyirəm ki, əldə etdiyimiz irəliləyişləri avropalı tərəfdaşlarımıza ətraflı şəkildə təqdim edəcəyik”, - deyə Ğaribaşvili bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər