03 
Sen
2022
17:53
1619

Sürücülərin nəzərinə!- Cərimələr artırılır

Şüşələri qaraldılmış və ya işıqötürücü qabiliyyəti məhdud olan nəqliyyat vasitəsini idarə etməyə görə məsuliyyət daha da sərtləşir - cəza 500 lari məbləğində cərimədir.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi "İnzibati Xətalar Məcəlləsi"ndə nəzərdə tutulan dəyişikliklərin layihəsini hazırlayıb.

Sözügedən hərəkətin təkrarlanması halında cərimə 1000 lariyə qədər artacaq. 300 lari cərimənin ödənilməsini nəzərdə tutan hərəkətin üçüncü və hər növbəti təkrarı artıq nəzərə alınmayacaq və sanksiya 1000 lari məbləğində cərimə olacaq.

Həmçinin, sürücülük hüququndan başqasına istifadə etmək məqsədilə polisin səlahiyyətli şəxsinə yalan məlumat verməyə görə sanksiya tətbiq olunacaq ki, bu da 700 lari məbləğində cərimə ilə nəticələnəcək. Qeydiyyatsız nəqliyyat vasitəsini idarə etməyə görə cərimə 250 laridən 300 lariyə qaldırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər