29 
Avq
2022
16:43
312

Baş nazir: “Gürcüstanda dərman vasitələrinin istinad qiymətləri müəyyən ediləcək”

Hökumətin təşəbbüsü ilə Gürcüstanda dərman vasitələrinin istinad qiymətləri müəyyən ediləcək.

lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, Türkiyə bazarının açılmasından sonra vətəndaşlar təxminən 80 milyon lariyə qədər qənaət ediblər.

“Son aylarda dərmanların qiymətləri ilə bağlı daha bir təşəbbüsümüz uğurlu oldu. Türkiyə bazarı açıldıqdan və Türkiyə istehsalı olan keyfiyyətli dərman Gürcüstana daxil olduqdan sonra vətəndaşlarımız 80 milyon lariyə qədər qənaət ediblər. Bundan başqa, cənab Zurab Azaraşvili qiymətlərin artmaması, istinad qiymətlərinin müəyyən edilməsi, heç bir şirkətə, heç bir idxalçıya qiymətləri manipulyasiya etmək imkanı verilməməsi və ya öz aralarında razılaşmaların olmaması üçün fəal işləyir”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın