Baş nazir yeni xilasedici helikopterlərin alınması ilə bağlı məlumat yayır
“Daxili İşlər Nazirliyi üç yeni helikopterin alınması ilə bağlı danışıqlar aparır”.
lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili bildirib.
Onun sözlərinə görə, əvvəlki hökumət dövründə alınmış “Super Puma” helikopterinin satılması və əvəzində müxtəlif əməliyyatlarda, o cümlədən xilasetmə əməliyyatlarında istifadə oluna bilən yeni helikopterlərin alınması planlaşdırılır.
“Qomelauri agentliyi üç yeni helikopterin alınması üzərində işləyir. Baxmayaraq ki, bütün vertolyotlar tamamilə düzgün, yaxşı vəziyyətdədir, biz bu barədə müzakirə apardıq. Dövlətin bir bahalı, belə demək olar ki, dəbdəbəli vertolyotu var, o da əvvəlki hökumət dövründə keçmiş prezident üçün alınıb və bu helikopter üçün bir neçə on milyonlarla avro ödənilib. Bu helikopterdən heç kimin istifadə etməməsi bizim qərarımız idi. Bu helikopterin xilasetmə əməliyyatlarında istifadə edilməsi ilə bağlı fərziyyələr yalandır. Bununla bağlı müzakirə apardıq və qərara gəldik ki, bu vertolyotu istehsalçısına qaytaracağıq, yəni satacağıq, əvəzində müxtəlif əməliyyatlar, o cümlədən xilasetmə əməliyyatları üçün faydalı olacaq 3 yeni helikopter alacağıq”, - deyə baş nazir qeyd edib.


