24 
Avq
2022
15:36
677

Türkiyə yanğınla mübarizə üçün Gürcüstana əlavə təyyarələr göndərəcək

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub, danışıqlar çərçivəsində Türkiyə tərəfi Gürcüstanın Borjomi bələdiyyəsində yanğının aradan qaldırılmasına köməklik göstərməyə hazır olduğunu bildirib. 

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Telefon danışığı zamanı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Borjomi bələdiyyəsində mövcud vəziyyət və yanğınsöndürmə işlərinin gedişi ilə maraqlanıb. O, Türkiyənin Gürcüstana müvafiq avadanlıqla kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib.

İlia Darçiaşvili türkiyəli həmkarına göstərdiyi köməyə görə təşəkkür edib və bir daha Gürcüstan və Türkiyə arasında sıx tərəfdaşlıq əlaqələrini vurğulayıb və keçmişdə oxşar vəziyyətlərdə Türkiyənin göstərdiyi yardımı qeyd edib.

Qeyd edək ki, beynəlxalq yardım çərçivəsində artıq Türkiyə Respublikasının 8 tonluq tankı olan yanğınsöndürmə təyyarəsi Borjomi bələdiyyəsində yanğınsöndürmə prosesinə cəlb olunub.  Əlavə təyyarələrin göndərilməsi planlaşdırılır”, - məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər