Borjomidə yanğınsöndürmə işlərinə Türkiyənin ixtisaslaşmış yanğınsöndürmə təyyarələri cəlb olunur
Beynəlxalq yardım çərçivəsində Borjomi bələdiyyəsində səhər saatlarından etibarən Türkiyə Respublikasının 8 tonluq tankı olan yanğınsöndürmə təyyarəsi yanğın sektorlarının işlənməsi prosesinə cəlb olunub.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bu gün yanğının söndürülməsinə daha iki ixtisaslaşmış yanğınsöndürmə təyyarəsi cəlb olunacaq.
“Borjomi bələdiyyəsində gecə boyu fasiləsiz olaraq yanğının lokallaşdırılması və söndürülməsi işləri aparılıb. Yanğının söndürülməsi prosesində Daxili İşlər, Müdafiə nazirlikləri, Regional İnkişaf və İnfrastruktur nazirliklərinin müxtəlif qurumlarının, eləcə də Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları fəal iştirak edirlər. Sərhəd polisinin helikopterləri səhər saatlarında işini bərpa edib.
Beynəlxalq yardım çərçivəsində Borjomi bələdiyyəsində səhər saatlarından etibarən Türkiyə Respublikasının 8 tonluq tankı olan yanğınsöndürmə təyyarəsi yanğın sektorlarının işlənməsi prosesinə cəlb olunub.
Bu gün yanğının söndürülməsinə daha iki ixtisaslaşmış yanğınsöndürmə təyyarəsi cəlb olunacaq.
Həmçinin səhər saatlarından etibarən Dəmir Yolu İdarəsinin yanğınsöndürən maşını yanğının söndürülməsi prosesinə cəlb olunacaq.
Bütün müvafiq yanğınsöndürmə maşınları səfərbər edilib. Dronlar yanğını müşahidə etməyə davam edir.
Daxili işlər nazirinin müavini İoseb Çelidze və Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvilinin rəhbərlik etdiyi operativ idarəetmə qərargahı yerlərdə işlərini davam etdirir", - deyə məlumatda qeyd olunub.


