Aİ Gürcüstana çağırış etdi
Biz Gürcüstandakı bütün maraqlı tərəfləri bütün müvafiq qeyri-hökumət təşkilatlarının dəvət olunmasını və bütün işçi qrupların, o cümlədən seçki islahatları üzrə işləyən qrupun fəaliyyətində əsaslı şəkildə iştirak etmək imkanı verilməsini təmin etməyə çağırırıq.
InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı Nümayəndəliyi tərəfindən yayılan bəyanatda deyilir.
“Vətəndaş cəmiyyəti təşkilatlarının qərarların qəbulu prosesinə cəlb edilməsi ilə bağlı 10 nömrəli prioritet parlamentdə aparılan işlərə xüsusilə aiddir”, - bəyanatda deyilir.
Xatırladırıq ki, “Ədalətli seçkilər” qeyri-hökumət təşkilatının dünən Parlamentdə ilk iclası keçirilən “Seçki Məcəlləsi”nə yenidən baxılması üçün yaradılmış işçi qrupunda iştirakına icazə verilməyib. Bu barədə jurnalistlərə işçi qrupun rəhbəri Qivi Mikanadze məlumat verib və qərarın səbəbini açıqlayıb. Onun sözlərinə görə, “Ədalətli seçkilər” baş nazirin vəzifədən azad edilməsi tələbinə qoşulanda neytrallığını itirib. Mikanadzenin sözlərinə görə, “Ədalətli seçkilər” 2020-ci ilin paralel hesablamalarının nəticələrini saxtalaşdıran, 7 həftə ərzində gizlədən və bununla da ölkənin imicinə xələl gətirən təşkilatdır.


