"Avropalı Gürcüstan" partiyasının Marneuli bələdiyyə deputatı partiyadan istefa edib.
Bu barədə Adil Qurbanov İnterPress.ge-yə müsahibəsində bildirib.
A. Qurbanovun bildirdiyinə görə, onun partiyadan ayrılmaqına səbəb partiyanın maraqlari ilə onun maraqlarının üst-üstə düşməməsidir. O, əsas səbəbləri pərdə arxasında saxlayır, sadəcə açıqlama verir ki, Avropalı Gürcüstan partiyasından ayrılıb.
O qeyd etdi ki, Marneuli bələdiyyəsində deputatlıq mandatını müstəqil deputat olaraq davam edəcək. O, hələki heç bir partiya keçməyəcəyini bildirdi.
O, sonunda Əhməd İmamquliyevə və onun komandasına uğurlar arzu etdi.
