13 
Avq
2022
12:23
300

Polis Tbilisidə Ukrayna vətəndaşını narkotik cinayətinə görə saxladı

Daxili İşlər Nazirliyinin Baş Cinayət Polisi İdarəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində Ukrayna vətəndaşı, 1988-ci il təvəllüdlü şəxsi Tbilisidə saxlayıblar.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsində və saxlanmasında, habelə xüsusilə külli miqdarda psixotrop maddələrin qanunsuz əldə edilməsində və saxlanmasında ittiham olunur.

Verilən məlumata əsasən, cinayət 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində, internet proqramlarından birində fəaliyyət göstərən mütəşəkkil narkotik alverçiləri qrupunu və həmin qrupun kuryerini – Gürcüstanda müvəqqəti yaşayan xarici vətəndaşı aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama zamanı satış üçün hazırlanmış 14 bükümdə müxtəlif növ narkotik vasitələr, o cümlədən “kokain” və “ketamin” psixotrop maddələri götürüblər. İstintaq eksperimenti çərçivəsində saxlanılan şəxsin göstərdiyi yerdən sonrakı satış üçün yerləşdirilmiş 1 qutu narkotik vasitə “kokain” də götürülüb.

Təqsirləndirilən şəxsin evində aparılan axtarış nəticəsində polis sübut kimi: 385 qram tərkibində “kokain” olan narkotik toz, 443 qram “ketamin” psixotrop maddə tozu, 3 kilo 152 qram “Mdma” narkotik vasitə və tərkibində narkotik vasitə olan “4-CMC” olan toz, həmçinin, ümumi çəkisi 876 qram olan xüsusi külli miqdarda “Mdma” – ekstazi narkotik vasitə olan həblər götürüblər.

Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, habelə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddələrin əldə edilməsi və saxlanması faktları üzrə Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” yarımbəndi, 19-260-cı maddəsinin 7-ci hissəsinin “a” yarımbəndi və 261-ci maddənin 7-ci hissəsinin “a” yarımbəndi ilə istintaq aparılır", – deyə məlumatda qeyd olunub.

 

 

 

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın