11 
Avq
2022
12:35
331

Aşağı büdcəli aviaşirkət biletlərin qiymətini artırıb


İrlandiyanın aşağı büdcəli aviaşirkəti "Ryanair" artıq müştərilərinə 1 və ya 10 avro təklif etməyəcək.

lnterPress.ge xəbər verir ki, bu barədə şirkətin baş direktoru Maykl O'Liri bildirib.

“Əlbəttə, 0,99 avro və 9,99 avroya olan biletlərimiz bazarda ən ucuzu idi. Düşünürəm ki, növbəti bir neçə il ərzində bu tip təkliflərimiz olmayacaq. 10 avroluq biletlərin erası bitdi” - deyə Maykl O'Liri qeyd edib. 

Ryanair Britaniya EasyJet, İspan Vueling və Macarıstanın Wizz Air ilə birlikdə Avropa bazarında aşağı büdcəli aviaşirkətlərdən biridir. Şirkət tez-tez Avropa şəhərləri arasında uçuşlar üçün biletləri 9,99 avroya, hətta reklam məqsədi ilə 0,99 avroya satırdı.

Şirkətdən verilən məlumata görə, hazırda biletin orta qiyməti 40 avro təşkil edir və növbəti illərdə bu rəqəm 50 avroya yüksələcək. Şirkət belə bir artım dinamikasının sərnişinlərin sayına təsir etməyəcəyini düşünür.

 


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər