04 
Avq
2022
21:25
351

Yens Stoltenberq: "Ukrayna müharibəsi İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən təhlükəli məqamdır və..."

 Ukrayna müharibəsi İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən təhlükəli məqamdır və Rusiyanın qalib gəlməsinə imkan verilməməlidir.

InterPress.ge xəbər verir ki, bu barədə
NATO-nun baş katibi Yens Stoltenberqin qeyd edir.

Onun sözlərinə görə, Rusiya prezidenti Gürcüstan, Moldova və Ukraynaya etdiyi kimi NATO-ya da etsə, bu halda NATO bu proseslərdə tam iştirak edəcək.

“Bu tip aqressiv siyasətin uğur qazanmaması bizim marağımızdadır. Ukraynada baş verənlər dəhşətlidir, lakin Rusiya ilə NATO arasında müharibə olarsa, daha dəhşətli olacaq. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ən təhlükəli vəziyyətdir. Əgər prezident Vladimir Putin Gürcüstana, Moldovaya və Ukraynaya etdiklərini bir NATO ölkəsinə də etmək barədə düşünsə, o zaman bütün NATO dərhal işə qarışacaq. Bu, təkcə müstəqil demokratik dövlət olan Ukraynaya hücum deyil. Bu, həm də bizim dəyərlərimizə və istədiyimiz dünya nizamına hücumdur”, - Stoltenberq bildirib.

Bizimlə əlaqə saxlayın