Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Dmanisinin Qarabulaq kəndində karantin elan edildi

1,663
Dmanisinin Qarabulaq kəndində karantin elan edildi
Dinləmək üçün basın

Kvemo Kartlidə qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar Milli Qida Agentliyi xəstəliyə qarşı tədbirlər görür.

Kvemo Kartlidə qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar Milli Qida Agentliyi xəstəliyə qarşı tədbirlər görür.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat paylaşıb.

Agentliynin Kvemo Kartli regional bölməsinə Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kəndində iki iribuynuzlu heyvanın tələf olması barədə məlumat daxil olub. Qurumun baytar həkimləri dərhal hadisə yerinə gedib, patoloji materialı götürüb və akkreditə olunmuş laboratoriyada müayinə ediblər. Laboratoriya araşdırmaları nəticəsində qarayara xəstəliyinin olması təsdiqlənib.

Qurumun baytarlıq xidməti tərəfindən mal-qaranın tələf olduğu yerlərdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçirilib. “Heyvan qarayarasına qarşı mübarizənin profilaktik-karantin qaydası”na uyğun olaraq tələf olmuş iribuynuzlu heyvanlar yandırılaraq basdırılıb, dezinfeksiya işləri aparılıb, ətraf perimetrdə heyvanların profilaktik peyvəndlənməsi aparılır. Həmçinin, yerli özünüidarəetmə orqanları ilə razılaşdırılaraq, Yuxarı Qarabulaq ərazisində karantin elan edilib ki, bu da karantin zonasında mal-qaranın hərəkətinə, heyvan yarmarkalarının təşkilinə, heyvan mənşəli məhsulların istehlakına və satışına məhdudiyyətlər deməkdir.

Qarayara (Sibir xorası) ev və vəhşi heyvanlara təsir edən yoluxucu xəstəlikdir. Qarayara xəstəliyi insanlara da təsir edir. İnsanlar əsasən xəstə heyvanı kəsməklə, onun ətindən istifadə etməklə və ya çirklənmiş torpaqdan yoluxurlar. Xəstəlik hallarının vaxtında aşkar edilməsi və aidiyyəti qurumların məlumatlandırılması ən vacib məsələdir.

Milli Qida Agentliyinin baytar həkimləri hər il bir milyona qədər heyvanı qarayaraya qarşı peyvənd edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →