30 
Iyl
2022
18:00
358

The New York Times - Entoni Blinken Rusiyanı terrorizmin dövlət dəstəkçisi kimi tanımağa hazır deyil

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Senatın qəbul etdiyi müvafiq qətnaməyə və nüfuzlu siyasətçilərin çağırışlarına baxmayaraq, Rusiyanın terrorizmin himayədarı dövlət kimi tanınmasının zəruriliyindən əmin deyil. 

InterPress.ge xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “The New York Times” nəşri məqalə dərc edib.

Jurnalistlərin sözlərinə görə, Blinken bir neçə həftədir ki, Rusiyanı rəsmən terrorun sponsoru elan etməsi üçün təzyiq altında olub. Lakin Blinken cavab addımının ABŞ-ı Rusiya ilə iş görən bəzi müttəfiqlərinə qarşı sanksiyalar tətbiq etməyə məcbur edəcəyindən, Vaşinqton və Moskva arasında qalan diplomatiyanı məhv edəcəyindən ehtiyat edərək təzyiqlərə müqavimət göstərir.

ABŞ diplomatik xidmətinin rəhbəri deyib ki, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya terrorizmin sponsoru kimi tanınacağı təqdirdə baş verəcək nəticələrə tamamilə uyğundur, ona görə də Blinken hesab edir ki, praktiki nəticələr eynidir. Bununla belə, “The New York Times” yazır ki, Rusiyanın terrorizmin himayədarı dövlət kimi tanınması Rusiyaya qarşı daha sərt sanksiyalara səbəb olacaq, konkret olaraq Moskva ilə işini davam etdirən ölkələrə cərimələr tətbiq etməyə imkan verəcək. Bu, həm də vətəndaşlara ABŞ məhkəmələrində Rusiya hökumətinə qarşı iddialar qaldırmağa imkan verəcək.

Məlumat üçün bildirək ki, ABŞ Senatı Dövlət Departamentini Rusiyanı Gürcüstan, Çeçenistan, Ukrayna və Suriyadakı hərəkətlərinə görə terrorizmin sponsoru kimi tanımağa çağıran qətnamə qəbul edib.

Bizimlə əlaqə saxlayın