22 
Iyn
2020
17:31
450

Anri Oxanaşvili: "Biz gördük ki, Vahid Milli Hərəkat müflis partiyadır"

"Biz gördük ki, Vahid Milli Hərəkat müflisləşmiş partiyadır. Onların ümumi ictimai maraqdan başqa heç nəyi yoxdur".

InterPress.ge xəbər verir ki, bu haqda hüquqi məsələlər komitetinin sədri Anri Oxanaşvili jurnalistlərə müsahibəsində bildirib.

"Müflis qrupun rəqiblik bacarığı olmadığına görə onlar başqa xoşagəlməz addımlar atmaqdan başqa yolları yoxdur. VMH partiyası ölkədə proseslərin normallaşmasını istəmir və beynəlxalq tərəfdaşlarımızın dəstəklədiyi layihəyə dəstək olmurlar. Biz gördük ki, bu partiya müflisləşib. Onların ölkədə destabilizasiya yaradacaq addımlardan başqa heç bir şeyləri yoxdur. Əgər onlar belə bir cəhdə əl atarlarsa biz buna imkan verməyəcəyik. Biz imkan verməyəcəyik ki, siyasi konsesus nəticəsində əldə olunan razılıq sual altında qalsın", - dedi Anri Oxanaşvili.

Bizimlə əlaqə saxlayın