29 
Iyl
2022
23:39
609

Gürcüstanda paraşütlə uçmaq qaydaları sərtləşdirilə bilər

Daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, paraşütlə uçmaq müvəqqəti olaraq qadağan olunacaq.

 InterPress.ge xəbər verir ki, nazirin bildirdiyinə görə, paraşüt qəzaları tez-tez baş verir və hökumət komandası qaydaların sərtləşdirilməsi üzərində işləyəcək.

“Demək olar ki, elə həftə yoxdur ki, xilasetmə əməliyyatı aparılmasın və helikopter cəlb olunmasın. Ölüm faktları da var. Qaydaları sərtləşdirməyə və ya tamamilə qadağan etməyə çalışmalıyıq. Burada paraşütçülər tez-tez qəzaya uğrayırlar. Burada hava  küləklidir, dərələr. Lisenziya necə verilir bu maraqlıdır və biz bunu arasdiracağıq. Bu günlərdə, fikrimcə, bütün növ paraşüt uçuşları dayandırılmalı və araşdırmalardan sonra həqiqətən peşəkar olan insanlara lisenziyalar verilməlidir”, - deyə nazir bildirib.

Bizimlə əlaqə saxlayın