29 
Iyl
2022
11:02
512

Polis 20 yaşlı gəncin qətli ilə bağlı bir neçə nəfəri saxladı

Çxvariçamiada öldürülən 20 yaşlı Mirian Kukava ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri saxlayıblar. Soyuq silahla gəncin sinəsindən yaralayan şəxsin adı çəkilənlər arasında olub-olmadığı məlum deyil.

lnterPress.ge xəbər verir ki, cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dünən, bütün gün ərzində Mçxeta polis idarəsi, hadisə ilə bağlı məlumatı olan gənclərlə müsahibə aparıb.

Daxili İşlər Nazirliyi bildirir ki, cinayət məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq aparılır.

Məlumat üçün bildirək ki, hadisə Çxvariçamia baş verib. Mövcud məlumata görə, Mirian Kukava ad günündə dostunun evində olub, bu zaman masa arxasında gənclər arasında sözlü qarşıdurma yaranıb. Bu sonradan fiziki qarşıdurmaya çevrilib, gənclərdən biri Mirian Kukavanın sinəsindən bıçaqlayıb, o, yerindəcə ölüb.

Qətlə yetirilən gənc məşhur həkim - Nino Vaşakidzenin oğludur.

Bizimlə əlaqə saxlayın