28 
Iyl
2022
21:53
642

InterPress.ge jurnalistika kurslarının məzunları Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb - FOTO

InterPress.ge-nin həyata keçirdiyi jurnalistika kurslarının məzunları Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində seminar görüşdə olublar.

InterPress.ge xəbər verir ki, Azərbaycan səfirliyində seminar görüş Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev tərəfindən keçirilib.

Görüşdə əvvəlcə, InterPress.ge-nin təsisçisi və baş redaktoru Nahid Qurbanov sayt və kurs haqqında məlumat verib. Daha sonra isə, kurs məzunları və səfir arasında tanışlıq baş tutub. 

Səfir Faiq Quliyev bu kursun önəm və əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, gənc nəslin bu sahəyə maraq göstərməsi cəmiyyətdə media savadlılığının inkşafına töhvə verir. Səfir həmçinin gələcəkdə belə kursların artırılmasını və soydaşlarımız arasında jurnalistikaya marağın yaradılmasının tərəfdarı olduğunu qeyd edib.

Görüş sual-cavab formatında baş tutub. Səfir kurs iştirakçılarını maraqlandıran hər bir sualı cavablandırıb. Görüş çərçivəsində iştirakçılara Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasındakı mövcud ikitərəfli iqtisadi, siyasi və humanitar əlaqələr haqqında, həmçinin 30 il Azərbaycana qarşı davam edən təcavüzə, Azərbaycan torpaqlarının işğalına son qoyulmasının, ərazi bütövlüyünün bərpa olunması nəticəsində regionda yeni reallıqların yaranaraq müsbət dəyişikliklərin baş verməsi barədə məlumat verilib. 

Sonda səfir F.Quliyev gənclərin işlərində uğurlar diləyərək, işlərinə daim sadiq olmalarını və hər zaman özlərini təkmilləşdirərək uğurlar əldə etmələrini arzu edib.

 

Bizimlə əlaqə saxlayın