Vaşadze Bidzina İvanişvilinin bəyanatına münasibət bildirdi
"Bu məktub bir sübutdur ki, biz Bidzina İvanişvilinin oğurladığı hakimiyyəti alıb xalqa qaytarmayana qədər irəli gedə bilməyəcəyik, çünki bu gün Gürcüstan və bizim Avro-Atlantik inteqrasiya yolumuz onun maliyyə maraqlarının qurbanıdır".
InterPress.ge xəbər verir ki, bunu “Ağmaşenebeli Strategiyası”nın sədri Qiorqi Vaşadze keçmiş baş nazir Bidzina İvanişvilinin məktubunu dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Bidzina İvanişvili məktubla əvvəldən axıra qədər özünü ifşa edib.
“Bidzina İvanişvilinin məktubu sübutdur ki, bu gün həqiqətən də oliqarx hakimiyyət var və bu gün hər şeyə nəzarət edən Bidzina İvanişvilidir. Bu məktub “üçlüyün” onun Gürcüstanın taleyi ilə oynadığı ikinci layihəsi olduğuna sübutdur. Bu məktub Bidzina İvanişvilinin Qərbə, Avropaya, Amerikaya, Amerika və Avropa İttifaqının səfirlərinə hücumun əsas müəllifi olduğunun sübutudur. Bu məktub bizim Aİ-yə namizəd statusunu məhz ona görə ala bilmədiyimizin sübutudur. Bu məktub sübutdur ki, bizi Avropadan ayıran qanunlar, o cümlədən Qvaramiyanın saxlanması onun tərəfindən planlaşdırılıb. Bu məktub sübutdur ki, biz Bidzina İvanişvilinin oğurladığı hakimiyyəti alıb xalqa qaytarmayana qədər irəli gedə bilməyəcəyik, çünki bu gün Gürcüstan və bizim Avro-Atlantik inteqrasiya yolumuz onun maliyyə maraqlarının qurbanıdır. Bidzina İvanişvili siyasətdən heç yerə getməyib və ona görə də sadaladığım əsas şeyi bilməliyik, əgər bu məktubdan bu nəticəni çıxarmasaq, təəssüf ki, Gürcüstanı onun əlində çox çətin tale gözləyir. Cənab İvanişvili əvvəldən axıra qədər özünü ifşa etdi”, - Vaşadze bildirib.


