25 
Iyl
2022
16:56
349

Levan Davitaşvili: "İqtisadiyyat Nazirliyi “Borjomi” şirkətinin direktoru və müşahidəçi vəzifələrinə namizədləri seçib"

İqtisadiyyat Nazirliyi tərəfindən seçilmiş Borjomi şirkətinin direktoru və müşahidəçisinin namizədləri artıq hökumət tərəfindən razılaşdırılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib. 

Levan Davitaşvilinin qeyd etdiyinə görə, söhbət müstəqil şəxslərdən gedir.

“Biz bura ictimaiyyətə təqdim etdiyimiz plan üzrə gedirik. Direktorlar Şurasının sədri dövlət tərəfindən təyin edilir. Artıq hökumət bizim nazirliyin seçdiyi namizədləri razılaşdırıb. Bir direktor və bir müşahidəçi üçün namizədlik var. Yaxın vaxtlarda qeydiyyat sənədləri dəyişdiriləcək və müvafiq olaraq bu məlumatlar açıq, ictimai və ictimaiyyət üçün əlçatan olacaq. Söhbət bu işdə müstəqil şəxslərdən gedir, səlahiyyətlərə əsaslanaraq və təcrübəyə uyğun olaraq və heç bir şəkildə rəsmi və ya siyasi mənsubiyyətinə görə qərar qəbul edirik”, - deyə Davitaşvili bildirib.
 

Bizimlə əlaqə saxlayın