25 
Iyl
2022
15:16
370

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Türkiyə Cümhuriyyətinin səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Türkiyə Cümhuriyyətinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb
 
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat paylaşıb.
 
Türkiyə səfirini Azərbaycan Respublikasının səfirliyində səmimi qəlbdən salamlayan səfir F. Quliyev əziz həmkarı olan cənab Ali Kaan Orbayı Gürcüstanda fəaliyyətə başlaması münasibətilə təbrik edib. O, İki Dövlət – Bir Millət Azərbaycan və Türkiyənin Gürcüstandakı diplomatik missiyaları arasında bərqərar olunmuş sıx işbirliyindən bəhs edərək, bu qardaşlıq ənənələrinin davam olunmasına dair əminlik bildirib.
 
Qəbula görə təşəkkür ifadə edən səfir A.K.Orbay öz tərəfindən Gürcüstan dövlət başçısına etimadnamənin təqdim edilməsindən sonra Tbilisidə akkreditə olunmuş diplomatik korpus çərçivəsində ilk nəzakət səfərinin məhz Azərbaycan Səfirliyinə etdiyini vurğulayaraq, bunun rəmzi xarakter daşıdığını söyləyib. Səfir A.K.Orbay Gürcüstanda məsul missiyaya başladığı ilk anlarından etibarən hər zaman Azərbaycan Səfirliyi ilə birgə səylər göstərəcəyinə dair əminlik ifadə edib.
 
Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər