23 
Iyl
2022
11:55
402

Daxili İşlər Nazirliyi tərəfindən 2,5 milyon lari dəyərində narkotik vasitə məhv edildi

Daxili İşlər Nazirliyinin ekspert-kriminalistik idarəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda respublika ərazisində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində maddi sübut kimi götürülmüş narkotik vasitələr məhv edilib.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, xüsusi daimi komissiyanın üzvləri narkotik vasitələrin məhv edilməsi prosesində iştirak ediblər.

Ekspert-kriminalistika şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixoaktiv maddələrin daxili işlər nazirinin müvafiq əmri əsasında məhkəmənin hökmü çıxarıldıqdan sonra xüsusi daimi komissiya üzvlərinin iştirakı ilə mərhələli şəkildə məhv ediblər.

Daxili İşlər Nazirliyi qanunsuz dövriyyədən çıxarılmış, ümumi dəyəri qara bazarda 2,5 milyon lariyə yaxın olan narkotik vasitələri məhv edib:

2553 həb “Subutex”; 2627,87 q “kokain”; 1368 qram “heroin”; 94 qr. “Metadon”; 53 065 kq “marixuana”; 753 kq. “sirr”; Tərkibində “amfetamin” olan 352 həb; 67 q yeni psixoaktiv maddə. Tərkibində “Preqabalin” olan 1144 kapsul.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz dövriyyədən sübut kimi götürülən narkotik vasitələri müasir ekoloji standartlara riayət etməklə yüksək temperaturlu sobada məhv ediblər.

 

 

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın